Canni de Byazi: “Mənə belə yaxşıdır, içimdə böyük atəş var”
02.11.2022 - 10:38
Canni de Byazi: “Mənə belə yaxşıdır, içimdə böyük atəş var”

“Bəzi komandalar mövsüm ərzində problem ortaya çıxan kimi, çıxış yolunu baş məşqçini dəyişməkdə görürlər. Halbuki baş məşqçidə hər zaman problemi yoluna qoymaq üçün istək olur”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlamasında deyib.

66 yaşlı mütəxəssis bundan sonra klubda işləmək barədə düşünmədiyini söyləyib: “Artıq hər gün məşq etmək istəmirəm. Mənə belə yaxşıdır. İçimdə hələ də böyük atəş var. Lakin bir il ərzində 12-14 oyun kifayətdir”.

Qeyd edək ki, Canni de Byazi AFFA ilə müqavilə müddətini AVRO-2024-ün seçmə mərhələsinin sonuna qədər uzadıb.
 

writer photo
Əlirza Əlirzalı
0