“Qəbələ”nin sabiq baş məşqçisi Fəxri Zalda
03.05.2023 - 20:51
“Qəbələ”nin sabiq baş məşqçisi Fəxri Zalda

Toni Adams İngiltərə Premyer Liqasının Fəxri Zalına daxil olub.

Apasport.az xəbər verir ki, “Qəbələ”nin keçmiş baş məşqçisi azarkeşlər və mütəxəssislərin səsverməsindən sonra bu hüqüqu əldə edib.

“Arsenal”ın heyətindəki çıxışı ilə yadda qalan veteran futbolçu bir çox uğurlarla imza atıb. O, 4 dəfə İngiltərə çempionu olub, üç dəfə ölkə kuboku və superkubokunu qazanıb.

Qeyd edək ki, Adams 2010-2011-ci illərdə “Qəbələ”nin baş məşqçisi işləyib.
 

writer photo
Əlirza Əlirzalı
0