“Qalatasaray”a bir qol kifayət etdi
03.08.2023 - 00:29
“Qalatasaray”a bir qol kifayət etdi

Çempionlar Liqasıda II təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az-ın məlumatına görə, “Qalatasaray” mərhələ adlayıb.

Litva çempionu “Jalgiris”lə oyunlar “sarı-qırmızılar” üçün asan keçməyib. Səfərdə 2:2 oynayan “Qalatasaray” öz meydanında tək qolla qalib gəlib. Cütün taleyini həll edən topu Mertens vurub.

Mərhələnin ən gözlənilməz nəticələri Belçika və İsveçdə qeydə alınıb. “Genk” İsveçrə təmsilçisi “Servett”ə, “Haken” isə Farer adaları çempionu “Klaksvik”ə uduzub. 

Qeyd edək ki, “Qalatasaray” III təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
2 avqust


“Qarabağ” (Azərbaycan) –  “Rakov” (Polşa) –3:2
İlk oyun – 2:3
“Astana” (Qazaxistan) – “Dinamo” (Xorvatiya) – 0:2
İlk oyun – 0:4
 “Molde” (Norveç) –  HJK (Finlandiya) – 2:0
İlk oyun – 0:1
“Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) – 1:0
İlk oyun – 2:2
 “Genk” (Belçika) – “Servett” (İsveçrə) – 2:3 əlavə vaxtda
İlk oyun – 1:1
“Kopenhagen” (Danimarka) –  “Breydablik” (İslandiya) – 6:3
İlk oyun – 2:0
“Makkabi” Hayfa (İsrail) –  “Şerif” (Moldova) – 4:1, əlavə vaxtda
İlk oyun – 0:1
“Klaskvik” (Farer adaları) – “Haken” (İsveç) – 3:3, pen. 3:4
İlk oyun – 1:1
 

writer photo
Əlirza Əlirzalı
0