İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Jerar Pike gələcəkdə Kataloniya klubunun prezidenti ola biləcəyini deyib.
Apasport.az xəbər verir ki, o, bu barədə "Sky Sports"a açıqlamasında danışıb:
“Mən uzun müddətdir ki, Barça azarkeşiyəm və daim onların matçlarında iştirak edirəm. Əgər kluba hər hansı bir şəkildə kömək edə bilsəm, bunu mütləq edəcəm. Gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Belə bir klubun prezidenti olmaq böyük məsuliyyətdir. Gələcəkdə bu variantı daha ətraflı araşdıracağam”.
Xatırladaq ki, ispanyalı karyerasının böyük hissəsini "Barselona"da keçirib. Jerar 616 oyun keçirib, 53 qol vurub, 15 məhsuldar ötürmə edib. O, 2022-ci ildə doğma klubundan ayrılaraq təqaüdə çıxıb.