“Milan” Loftus-Çiki 16 milyona transfer etdi
27.06.2023 - 00:42
“Milan” Loftus-Çiki 16 milyona transfer etdi

“Milan” Ruben Loftus-Çikin transferini həll edib.

Apasport.az saytı xəbər verir ki, “Çelsi” 16 milyon avroya keçidə razılıq verib.

Müqavilənin şərtlərinə görə, italiyalılar əlavə 4 milyon bonus ödəyəcəklər.  “Milan”la 27 yaşlı futbolçu ilə çoxdan maraqlanırdı. Tərəflər ilkin razılıq əldə etmişdilər və Ruben İtaliya klubu keçməyi çox arzulayırdı.

Qeyd edək ki, ingilis futbolçu “Çelsi”nin heyətində 33 oyunda iki ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0