Kubokun qalibi 4 futbolçu ilə anlaşdı
06.06.2023 - 22:06
Kubokun qalibi 4 futbolçu ilə anlaşdı

Azərbaycan kubokunun qalibi “Qəbələ” dörd futbolçusu ilə müqaviləni yeniləyib.

Apasport.az saytı xəbər verir ki, İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaların müddəti uzadılıb.

Tərəflər arasındakı müqavilə ikiillik nəzərdə tutulub. Bu oyunçular 2025-ci ilin yayına qədər “qırmızı-qara” formanı geyinəcək. 

Qeyd edək ki, Abbasov 267, Musayev 104, Səfərov 57, Qırtımov isə 38 görüşdə “Qəbələ”nin” formasını daşıyıb.
 

writer photo
Əlirza Əlirzalı
0