“Qəbələ” üçün gürcüstanlı hakimlər
01.11.2023 - 13:39
“Qəbələ” üçün gürcüstanlı hakimlər

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. 

Apasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcək.

Noyabrın 8-dəki matçın baş hakimi 
Qoqa Kikaçeişvili olacaq. Ona həmyerliləri David Axvlediani və Davit Qabisoniya kömək edəcəklər. 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
 
UEFA Gənclər Liqası
Çempionlar yolu, II mərhələ
İlk oyun, 8 noyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)

Baş hakim: Qoqa Kikaçeişvili
Baş hakimin köməkçiləri: David Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan)
Qəbələ şəhər stadionu

writer photo
Əlirza Əlirzalı
0