“4 ay əvvəl “Barselona” ilə yeni müqavilə imzalamışam".
Apasport.az xəbər verir ki, bunu Fransa millisinin və "Barselona"nın cinah oyunçusu Usman Dembele deyib.
O, PSJ-yə keçə biləcəyi ilə bağlı yayılan xəbərlər fonunda Kataloniya klubundan ayrılmaq niyyətində olmadığını bildirib: "Mən burada xoşbəxtəm, "Barselona"da oynamağa və irəliləməyə davam etmək istəyirəm. Burada özümü yaxşı hiss edirəm, burada yaşamaq xoşuma gəlir. Məşqçi və klub rəhbərliyi mənə güvənir”.
Qeyd edək ki, 25 yaşlı fransalının Kataloniya klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var. Bu mövsüm Dembele "Barselona" ilə bütün turnirlərdə 22 matça 6 qol vurub və 7 məhsuldar ötürmə edib.