İngilis və ispanlardan maksimum nəticə
05.10.2023 - 00:54
İngilis və ispanlardan maksimum nəticə

Çempionlar Liqasının II turuna yekun vurulub.

Apasport.az-ın məlumatına görə, “Nyukasl” öz meydanında PSJ-ni məğlub edib.

Bu görüşdə ingilis klubu əziyyət çəkməyib. Ardıcıl üç qol vuran “sağsağanlar” 4:1 hesablı nəticə ilə Paris klubunu əliboş yola salıblar. Turnirin qalibi “Mançester Siti” də turu qələbə ilə başa vurub. 

İngilislər kimi, İspaniyanın da hər iki klubu qələbə qazanıb. 

UEFA Çempionlar Liqası, qrup mərhələsi
II tur
E qrupu

“Atletiko” (İspaniya) - “Feyenoord” (Niderland) - 3:2
Qollar: Morata, 14. Qrizmann, 45+4. Morata, 47 - Hermoso, 7 (öz qapısına). Hançko, 34
“Seltik” (Şotlandiya) - “Latsio” (İtaliya) - 1:2
Qollar: Furuhaşi, 12 - Vesino, 29. Pedro, 90+5
“Atletiko” - 4, “Latsio” - 4, “Feyenoord” - 3, “Seltik” - 0.

F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Milan” (İtaliya) - 0:0
“Nyukasl” (İngiltərə) - PSJ (Fransa) - 4:1
Qollar: Almiron, 17. Börn, 39. Lonqstaff, 50. Şar, 90+1 - L. Ernandes, 56
“Nyukasl” - 4, PSJ - 3, “Milan” - 1, “Borussiya” - 0.

G qrupu
“Leyptsiq” (Almaniya) - “Mançester Siti” (İngiltərə) - 1:3
Qol: Openda, 48 - Foden, 25. Alvares, 84. Doku, 90+2
“Srvena Zvezda” (Serbiya) - “Yanq Boyz” (İsveçrə) - 1:2
Qol: Ndiaye, 35 - Uqrineç, 48. İtten, 61
“Mançester Siti” - 6, “Leyptsiq” - 3, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.

H qrupu
“Antverpen” (Belçika) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:3
Qollar: Muja,3. Balikvişa,33 - Sikan, 48; 76. Rakitskiy, 71.
“Portu” (Portuqaliya) - “Barselona” (İspaniya) - 0:1
Qol: Ferran Torres, 45+1
"Barselona" - 6, "Portu" - 3, “Şaxtyor” - 3, “Antverpen” - 0.
 

writer photo
Əlirza Əlirzalı
0