“Bavariya”dan ayrılır - əvəzedici olmaq istəmir
27.04.2023 - 11:54
“Bavariya”dan ayrılır - əvəzedici olmaq istəmir

İsveçrəli qapıçı Yan Zommer mövsümün sonunda “Bavariya”nı tərk etmək istəyir. 

Apasport.az saytı xəbər verir ki, Münhen klubunun baş məşqçisi Tomas Tuxel zədəsini sağaltdıqdan sonra qolkiper Manuel Noyeri əsas heyətə qaytarmağı planlaşdırır.

37 yaşlı Zommerin komandada ikinci qapıçı kimi qalmaq istəmədiyi və bu səbəbdən almanları tərk edəcəyi bildirilir.

Qeyd edək ki, bu ilin yanvarında Münhenqladbax "Borussiya"sından "Bavariya"ya keçən Zommer 20 matçda qapısından 26 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0