50 milyonluq belçikalı
25.07.2023 - 20:56
50 milyonluq belçikalı

“Liverpul”un Romeo Lavia ilə bağlı təklifi rədd olunub.

Apasport.az saytı xəbər verir ki, “Sautgempton” 37 milyon funtdan imtina edib.

Komanda 19 yaşlı futbolçu üçün “Liverpul”dan 50 milyon istəyir.  “Qırmızılar” belçikalı yarımmüdafiəçinin transfer etməkdə maraqlıdırlar. Nabi Keyta, Aleks-oksleyd Çemberlen “Liverpul”u tərk edib, Cordan Henderson və Fabinyonun da komandadan getməsi mümkündürr. Bunları nəzərə alan klub rəhbərliyi Lavianı transfer etməyi planlayır.

Qeyd edək ki, Romeo ötən mövsümdə Premyer Liqada 29 oyunda çıxış edib və bir ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0