Ferdinand Feldhofer: "Qəliz oyun oldu"
12.08.2022 - 01:50
Ferdinand Feldhofer: "Qəliz oyun oldu"

“Kifayət qədər ağır oyun oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Rapid” klubunun baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.

Bakıda 1:2 məğlubiyyətin revanşında Vyanada 2 cavabsız qolla qalib gələn “Rapid” pley-off mərhələsinə yüksəlib.

43 yaşlı mütəxəssis qarşılaşmanın ardından fikrini bu sözlərlə davam etdirib: “Bakıdakı kimi matça zəif başladıq. Amma bu dəfə mənəvi gücümüzü hiss etdik, hücumlar qurduq. Oyunboyu hücumlar etdik və qapıya 30-a yaxın zərbə vurduq”.

- Niyə belə qəliz oyun alındı?
- Doğrudan da, kifayət qədər qəliz oyun oldu. Buna baxmayaraq, öz gücümüzü ortaya qoymağa çalışdıq. 30 zərbə bunun göstəricisidir. İki futbolçumuzun meydana çıxması ilə riskli qərar verdik. Ancaq bu, öz bəhrəsini verdi.

- Bugünkü mübarizə sizin gələcək oyunlar üçün yanaşmanızda bir dəyişikliyə səbəb oldumu?
- Əlbəttə ki, bu, uzun bir boşluqdan sonra bizim üçün keçid mərhələsi oldu. Bir neçə futbolçumuz qayıtdıqdan sonra oyunumuzu daha da yaxşılaşdırmalıyıq.

writer photo
Əlirza Əlirzalı
0