Türkiyədə hakim döyüldü - Şok - FOTO
11.12.2023 - 23:29
Türkiyə çempionatının “Ankaragücü” – “Rizəspor” qarşılaşmasından sonra insident baş verib.
Apasport.az xəbər verir ki, az öncə başa çatan matçda 1:1 hesabı qeydə alınıb.
Oyun bitdikdən sonra meydançaya çıxan bir nəfər qarşılaşmanın baş hakimi Halil Umut Melerə hücum edib. İddialara görə referini yumruqlayan şəxs evsahibi “Ankaragücü” komandasının prezidenti Faruk Koca olub. Zərbənin gücündən yerə yıxılan hakimi klub prezidentinin əlindən güclə alıblar.
Qeyd edək ki, məlum hadisə ilə bağlı hələlik hər hansı bir rəsmi açıqlama verilməyib.
0
0