Premyer Liqa klubu axtarışda
08.10.2022 - 10:07
Premyer Liqa klubu axtarışda

“Lester” heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, qolkiper axtarışında olan İngiltərə təmsilçisi Bartolomey Draqovski ilə maraqlanır.

“Spetsiya”nın futbolçusu Premyer Liqa klubuna qışda keçə bilər. 25 yaşlı polşalının transferi üçün danışıqlara start verilib.

Qeyd edək ki, Draqovski cari mövsümün 8 oyununda 15 qol buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0