“Ayaks” üçün 20 milyonluq hücumçu
29.08.2023 - 14:09
“Ayaks” üçün 20 milyonluq hücumçu

“Ayaks” heyətinə yeni hücumçu qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Niderland klubu Jorj Mikotadzenin xidmətində maraqlıdır.

“Mets”in gürcüstanlı forvardının keçidi yaxın günlərdə rəsmiləşə bilər. “Ayaks” transfer üçün 20 milyon avro ödəyəcək. 22 yaşlı futbolçunun özü isə Amsterdam klubu ilə şəxsi müqaviləsini razılaşdırıb.

Qeyd edək ki, Mikotadze ötən mövsümün 45 oyununda 26 qol vurub. 
 

writer photo
Əlirza Əlirzalı
0