UEFA Avropa Liqasının cavab oyunları çərçivəsində "Sparta Praqa" - "Qalatasaray" (4:1) matçından sonra 2 komanda arasında dava düşüb.
Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA hadisə ilə bağlı araşdırmaya başlayıb.
"Sparta"nın yarımmüdafiəçisi Matej Rynes kütləyə qarışaraq hadisələrə start verib. Daha sonra mülki şəxs meydana daxil olaraq Abdülkerim Bardakçı ilə mübahisə edib.
"Qalatasaray"ın analitiki olduğu iddia edilən Yılmaz Yüksel Rynesin qabırğasına təpik atıb.
İlkin məlumata görə, "Qalatasaray"ın analitiki Yılmaz Yüksel Raynsın qabırğasına təpik vurduğu üçün 6 aya qədər həbs cəzası alacaq.