“Barselona” Xavi ilə müqaviləni uzadacaq
22.08.2023 - 14:31
“Barselona” Xavi ilə müqaviləni uzadacaq

“Barselona” baş məşqçisi Xavi ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, tərəflər transfer pəncərəsi bağlandıqdan sonra yeni anlaşma imzalayacaq.

Klub rəhbərliyi ilə mütəxəssis müqavilənin detallarını müzakirə edəcək. Xavinin maaşının artırılacağı gözlənilir. Çünki gənc mütəxəssisin hazırkı qazancı yetərincə aşağıdır.

Qeyd edək ki, Xavi 2021-ci ilin sonlarında “Barselona”nın baş məşqçisi təyin olunub. 
 

writer photo
Əlirza Əlirzalı
0