ÇSKA-da yeni futbolçu
16.01.2024 - 21:26
ÇSKA-da yeni futbolçu

ÇSKA müdafiə xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Moskva klubu 25 yaşlı Riccielinin transferi ilə bağlı Portuqaliya təmsilçisi “Famalikao” ilə danışıqlara davam edir.

Ruslar braziliyalı futbolçu üçün 5 milyon avro məbləğində təklif irəli sürüb. Müqavilənin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildən Portuqaliya klubunun şərəfini qoruyan Riccieli bu mövsüm iştirak etdiyi 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0