Boyan İliç: "Musa "Yurqorden"də qalacaq"
27.11.2023 - 15:09
Boyan İliç: "Musa "Yurqorden"də qalacaq"

"Musa "Yurqorden"də qalacaq, yeni başlayacaq mövsümdə özünü daha da yaxşı formada göstərəcək"

Azərbaycan milli komandasının forvardı Musa Qurbanlının "Yurqorden"ə keçidində önəmli rol oynayan futbol agenti Boyan İliç apasport.az saytına açıqlama verib.

"Qarabağ"ın keçmiş futbolçusu Musanın İsveç klubundakı performansını dəyərləndirib. O, Qurbanlının qışdan sonra da "Yurqorden"də qalacağını söyləyib:

"Musa "Yurqorden"də yaxşı performans göstərdi. O, komandaya mövsümün gedişində keçdi. Hansı ki, "Yurqorden"də artıq hamı idman formasının ən yaxşı səviyyəsindəydi. Musa isə yalnız 50 faizini toplamışdı. Yəni, bunun da öz təsiri oldu. Musa üçün İsveç çempionatı yenidir. Məncə, mövsüm onun üçün yaxşı alındı. Nəzərə alaq ki, mövsümün gedişində "Yurqorden"ə qoşulmuşdu. Hər şeyin Musa üçün pozitiv alındığını düşünürəm. 

Əlbəttə ki, Musa "Yurqorden"də qalacaq. O, yeni başlayacaq mövsümdə özünü daha da yaxşı formada göstərəcək. Buna tam olaraq inanıram. Tezliklə Musanın zamanı gələcək və onun necə oynadığını, qollarının davamını görəcəyik. Musa çox yaxşı forvarddır və "Yurqorden"də yeni mövsümdə də bunu görəcəyik"."Musa "Yurqorden"də qalacaq, yeni başlayacaq mövsümdə özünü daha da yaxşı formada göstərəcək"

Azərbaycan milli komandasının forvardı Musa Qurbanlının "Yurqorden"ə keçidində önəmli rol oynayan futbol agenti Boyan İliç apasport.az saytına açıqlama verib.

"Qarabağ"ın keçmiş futbolçusu Musanın İsveç klubundakı performansını dəyərləndirib. O, Qurbanlının qışdan sonra da "Yurqorden"də qalacağını söyləyib:

"Musa "Yurqorden"də yaxşı performans göstərdi. O, komandaya mövsümün gedişində keçdi. Hansı ki, "Yurqorden"də artıq hamı idman formasının ən yaxşı səviyyəsindəydi. Musa isə yalnız 50 faizini toplamışdı. Yəni, bunun da öz təsiri oldu. Musa üçün İsveç çempionatı yenidir. Məncə, mövsüm onun üçün yaxşı alındı. Nəzərə alaq ki, mövsümün gedişində "Yurqorden"ə qoşulmuşdu. Hər şeyin Musa üçün pozitiv alındığını düşünürəm. 

Əlbəttə ki, Musa "Yurqorden"də qalacaq. O, yeni başlayacaq mövsümdə özünü daha da yaxşı formada göstərəcək. Buna tam olaraq inanıram. Tezliklə Musanın zamanı gələcək və onun necə oynadığını, qollarının davamını görəcəyik. Musa çox yaxşı forvarddır və "Yurqorden"də yeni mövsümdə də bunu görəcəyik".

writer photo
Əlirza Əlirzalı
0