İspaniyalı basketbolçu Olimpiya rekordu qırdı
27.07.2024 - 19:00
İspaniyalı basketbolçu Olimpiya rekordu qırdı

İspaniyalı Rudi Fernandes 6-cı dəfə Olimpiadada iştirak edən ilk basketbolçu olub.

Apasport.az xəbər verir ki, o, bu gün ölkə yığmasının heyətində Avstraliyaya qarşı oyunda meydana çıxıb.

Fernandes ilk dəfə Afina-2004 Yay Olimpiya Oyunlarında iştirak edib. 39 yaşlı idmançı Pekin-2008 və London-2012 olimpiadalarında final matçında uduzub. Rudinin komandası hər iki halda amerikalılarla bacarmayıb. İspanlar Rio-2016-da isə üçüncü olublar.

Amerikalı qadın basketbolçu Dayana Taurazi də 6-cı dəfə Oyunlara yollanıb. O, bazar ertəsi ABŞ yığmasının heyətində Yaponiyaya qarşı meydana çıxmaq şansı qazanıb.

Qeyd edək ki, İspaniya millisi turnirin ilk oyununda Avstraliyaya 80:92 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0