Millimiz Avropa çempionatına qələbə ilə start verdi
18.08.2023 - 23:29
Millimiz Avropa çempionatına qələbə ilə start verdi

Qadınlardan ibarət voleybol yığmamız Avropa çempionatına uğurlu start verib.

Apasport.az-ın məlumatına görə, millimiz Çexiya komandasına qalib gəlib.

Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibliyi etdiyi turnirdə Azərbaycan yığması C qrupunda yer alıb. Voleybolçularımız Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə komandaları ilə yarışır. İlk görüşdə millimiz rəqibinə hər üç setdə qalib gəlib.

Qeyd edək ki, komandamız sabah Almaniya voleybolçuları ilə qüvvəsini sınayacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

C qrupu
1-ci tur
18 avqust

Azərbaycan – Çexiya – 3:0 (25:21, 25:10, 25:15)
Türkiyə – İsveç – 3:0 (25:22, 25:18, 25:13)

2-ci tur
19 avqust

Azərbaycan – Almaniya
İsveç – Yunanıstan
 

writer photo
Əlirza Əlirzalı
0