PSJ Mbappenin şərtlərini qəbul edir
27.07.2023 - 15:36
PSJ Mbappenin şərtlərini qəbul edir

PSJ futbolçusu Kilian Mbappenin şərtlərini qəbul etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Fransa klubunun rəhbərliyi forvardın “Real”a keçid üçün irəli sürdüyü tələbləri razılaşacaq.

Liqa1 təmsilçisi transfer üçün İspaniya klubundan 250 milyon avro istəyəcək. Bu məbləğin bir hissəsi bonus kimi Mbappeyə çatacaq. Onun 40 milyon avro alacağı gözlənilir.

Qeyd edək ki, PSJ müqaviləni uzatmaq istəməyən Kilianı satmağa qərar verib. Onun anlaşması 2024-cü ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0