Gürcüstan və Ukrayna Avropa çempionatının ¼ finalında
28.06.2023 - 00:45
Gürcüstan və Ukrayna Avropa çempionatının ¼ finalında

21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında pley-offa yüksələn ilk yığmalar məlum olub.

Apasport.az saytı xəbər verir ki, Gürcüstan yığması tarixi uğura imza ataraq, qrup qalibi kimi ¼ finala yüksəlib.

A qrupunun son görüşündə gürcülər Niderland komandası ilə heç-heçə oynayıblar. Digər matçda Portuqaliya millisi 2:1 hesabı ilə qələbə qazanaraq, ikinci yeri tutub.

B qrupunda keçirilən hər iki oyunda qalib müəyyənləşməyib. Liderlərin görüşündə 2:2 hesabı qeydə alınıb. Hər iki komanda eyni xala sahib olsa da, İspaniya birinci, Ukrayna ikinci yeri tutub.

Qeyd edək ki, ¼ finalda Gürcüstan – Ukrayna və İspaniya – Portuqaliya oyunları keçiriləcək.

U-21 Avropa çempionatı
A qrupu

Gürcüstan – Niderland – 1:1
Portuqaliya – Belçika – 2:1
Gürcüstan – 5, Portuqaliya – 4, Niderland – 3, Belçika – 2 xal.

B qrupu
İspaniya – Ukrayna – 2:2
Xorvatiya – Rumıniya – 0:0
İspaniya – 7, Ukrayna – 7, Xorvatiya – 1, Rumıniya – 1 xal.
 

writer photo
Əlirza Əlirzalı
0