10 milyonluq dünya çempionu
05.01.2023 - 15:06
Argentina millisinin qapıçısı Xeronimo Rulyi karyerasını Niderlandda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, “Vilyarreal”ın qolkiperi “Ayaks”a keçəcək.
Amsterdam klubu dünya çempionu üçün 10 milyon avro ödəyəcək. İspaniyalılar bonus kimi daha 5 milyon da qazana bilər. 30 yaşlı əlcək sahibi 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Rulyi çempion adını qazandığı DÇ-2022-də meydana çıxmayıb.
0
0