Çempionlar Liqasının play-off mərhələsinin səbətləri dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, avqustun 2-də keçiriləcək püşkatmada Çempionlar yolunda III təsnifat mərhələsinin 6 cütü və əvvəlki raundlardan azad iki komanda çıxış edəcək.
Bu komandalar reytinqinə əsasən iki səbətə bölünüb. Azərbaycan çempionu “Qarabağ”ın “Ferensvaroş”la cütü səpələnməmişlər sırasındadır.
Azərbaycan çempionunu 4 deyil, 3 mümkün variant gözləyir. Belə ki, “Srvena Zvezda” – “Pünik” cütü təmsilçimizə potensial rəqib ola bilməz. Buna Azərbaycanla Ermənistan komandalarının qarşılaşa bilməməsi səbəb olub. Təmsilçimizi 2 cüt və bir klub gözləyir.
Çempionlar yolu
Səpələnmişlər
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün qalibi
“Kopenhagen” (Damimarka)
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi
Səpələnməmişlər
“Ferensvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün qalibi
“Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün qalibi
“Trabzonspor” (Türkiyə)
Liqa yolunda isə 4 cüt pley-offun püşkatmasında iki səbətə bölünüb.
Liqa yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya) – “Midtulland” (Danimarka) cütünün qalibi
“Union” (Belçika) - “Reyncers” (Şotlandiya) cütünün qalibi
Səpələnməmişlər
“Şturm” (Avstriya) - “Dinamo” K (Ukrayna) cütünün qalibi
“Monako” (Fransa) - PSV (Niderland) cütünün qalibi
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.