Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da baş tutacaq qarşılaşmaları yerli referilər idarə edəcək.
Matçlar avqustun 27-də və 30-da keçiriləcək.
Yoldaşlıq oyunları
27 avqust
19:00. Azərbaycan U-18 – Türkiyə U-18
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Şirmamed Mamedov, Elvin Bayramov
“Dalğa Arena”
30 avqust
19:00. Azərbaycan U-18 – Türkiyə U-18
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Emin Əliyev
“Dalğa Arena”