Yunanıstan klubundan Sarriyə 3 illik təklif
01.06.2024 - 21:08
Yunanıstan klubundan Sarriyə 3 illik təklif

Yunanıstanın “Panatinaikos” klubu italiyalı baş məşqçi Mauritsio Sarri ilə danışıqlar aparır.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, klub 65 yaşlı mütəxəssisə 4,5 milyon avro maaşla 3 illik müqavilə təklif edir. Sarri artıq “Panatinaikos” rəhbərliyi ilə görüşüb və qərarını düşünmək üçün vaxt istəyib.

Sarri 2021-ci ilin iyunundan 2024-cü ilin martına qədər “Latsio”da çalışıb.

writer photo
Əlirza Əlirzalı
0