Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı
13.06.2024 - 11:58
Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı

“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını hansı klubda bitirəcəyini açıqlayıb.

Apasport.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı forvard “İnter Mayami”nin karyerasında sonuncu klub olacağını söyləyib:

“İnter Mayami” mənim son klubum olacaq. Bu gün bu, həqiqətdir. Mən hər matçdan maksimum həzz almağa çalışıram. Artıq az vaxtım qalıb ”.

36 yaşlı Messi 2023-cü ilin yayında azad agent kimi Amerika klubuna keçib. O, PSJ ilə müqaviləsini yeniləməyib və azad agent olaraq “İnter Mayami”yə üz tutub.

Messi bu mövsüm komandanın heyətində bütün yarışlarda 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0