Patrik Vieyra London klubundan ayrıldı - SƏBƏB
17.03.2023 - 13:06
Patrik Vieyra London klubundan ayrıldı - SƏBƏB

İngiltərədə "Kristal Pelas"ın baş məşqçisi Patrik Vieyra istefa verib.

Apasport.az saytı xəbər verir ki, 46 yaşlı fransalı mütəxəssislə birlikdə köməkçiləri də klubdan ayrılıblar.

Məşqçilər korpusunun komandadan getməsində “Kristal Pelas” son 12 oyunda Premyer Liqada qələbə qazana bilməməsi səbəb olub. London təmsilçisi 27 turdan sonra 27 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıblar.

Qeyd edək ki, Vieyra 2021-ci ilin iyulundan "Kristal Pelas"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən mövsüm İngiltərə Kubokunun yarımfinalına yüksəlib və burada "Çelsi"yə uduzub (0:2).

writer photo
Əlirza Əlirzalı
0