Millimizin Slovakiya ilə oyunda kapitanı o olacaq
21.09.2022 - 21:13
Millimizin Slovakiya ilə oyunda kapitanı o olacaq

Azərbaycan millisinin Slovakiya ilə oyundakı kapitanı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu yığmanın baş məşqçisi Canni de Byazi açıqlayıb.

O, Millətlər Liqasının V turunun Trnavadakı qarşılaşmasından öncə mətbuat konfransında kapitanın kimliyinə aydınlıq gətirib. De Byazi kapitanın kimliyi ilə bağlı sualın cavabında yanında əyləşən Eminə işarə edib.

Qeyd edək ki, yığmanın əsas kapitanı Maksim Medvdev zədə üzündən uzun müddətə sıradan çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0