"Fənərbaxça"dan argentinalı üçün 11 milyon avro
22.08.2024 - 10:51
"Fənərbaxça"dan argentinalı üçün 11 milyon avro

Yarımmüdafiəçi axtarışlarına davam edən "Fənərbaxça" Kristian Medina transferi üçün 11 milyon avrosundan keçməyə hazırdır.

Apasport.az Argentina mediasına istinadən xəbər verir ki, "Boka Xuniors" tərəfi hələ ki, bu təklifə cavab verməyib.

22 yaşlı futbolsu Paris Olimpiadasında sərgilədiyi oyunla bir çox klubun diqqətini çəkmişdi. Bu səbəbdən klubu onun satışından minimum 20 milyon avroluq gəlir planlayır. 

Qeyd edək ki, İstanbul nəhəngi 6, 8, 10 nömrə mövqeyində oynayan Medinanı Fredin alternativi kimi görür.

writer photo
Əlirza Əlirzalı
0