Şensnı üçün son mundial
16.11.2022 - 10:42
Şensnı üçün son mundial

Polşa millisinin və “Yuventus”un qapıçısı Voytseh Şensnı üçün DÇ-2022 sonuncu mundial olacaq.

Apasport.az saytının məlumatına görə, bunu 32 yaşlı qolkiperin özü açıqlayıb.

O bildirib ki, DÇ-2026-da iştirak etməyəcək: “2026-cı ildə indiki kimi oynaya biləcəyimi təsəvvür etmirəm. Bu, o deməkdir ki, mən futbolda olmayacam”.

Qeyd edək ki, yığmada 66 oyun keçirən qapıçı 61 top buraxıb.

writer photo
Əlirza Əlirzalı
0