Ten Haq "Mançester Yunayted"dən qovula bilər
05.04.2024 - 14:41
Ten Haq "Mançester Yunayted"dən qovula bilər

“Mançester Yunayted” səfərdə "Çelsi"yə 3:4 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, "The Independent" nəşri Erik ten Haqın mövsümün sonunda "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula biləcəyi ilə bağlı məqalə dərc edib.

"Mançester Yunayted" növbəti matçını aprelin 7-də "Liverpul"a qarşı oynayacaq. Hazırda “qırmızı şeytanlar” Premyer Liqa cədvəlində altıncı yerdədir.

writer photo
Əlirza Əlirzalı
0