Azmunun "Fənərbaxça" arzusu
25.11.2022 - 21:24
Azmunun "Fənərbaxça" arzusu

İran millisinin üzvü Sərdar Azmun DÇ-2022-nin II turunda Uelslə matçdan (2:0) sonra açıqlama verib.

Apasport.az saytı xəbər verir ki, "TRT Spor"a müsahibə verən 27 yaşlı futbolçu qələbə qazandıqları üçün şad olduğunu bildirib.

"Hələ heç nə bitməyib. Axşamkı İngiltərə - ABŞ matçının nəticəsi bizim üçün əhəmiyyətlidir. Amerikalılarla oyuna 3 xal üçün çıxacağıq".

Milliyətçə türkmən olan təcrübəli forvard gələcəkdə "Fənərbaxça"da oynamaq istədiyini də vurğulayıb.

"Türkləri və "Fənərbaxça"nı çox sevirəm. Mənə təklif göndərmişdilər. İnşallah bir gün orada oynayaram. "Zenit"in heyətində bu kluba qol vurduğum üçün üzr istəyirəm".

Qeyd edək ki, Sərdar Azmun bu yay "Bayer Leverkuzen"ə keçib.

writer photo
Əlirza Əlirzalı
0