Avropa Superkuboku Varşavada
26.09.2023 - 20:06
UEFA 2024-cü ildə Avropa Superkubokunun keçiriləcəyi arenanın adını açıqlayıb.
Apasport.az-ın məlumatına görə, oyun Varşava Milli stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası və Avropa Liqasının 2023/24 mövsümünün qalibləri Polşada üz-üzə gələcəklər. Oyun avqustun 14-də keçiriləcək. 58826 tamaşaçı tutumu olan Varşava Milli stadionu 2012-ci ilin yanvarında açılıb.
Qeyd edək ki, son Superkubok avqustun 16-da Pirey şəhərində baş tutmuşdu. “Mançester Siti” penalti seriyasında “Sevilya”ya qalib gəlmişdi (1:1, pen. 5:4)
0
0