Pep Qvardiola Superkubokun tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis turniri ən çox qazanan baş məşqçi adına şərik çıxıb.
“Mançester Siti”nin çalışdırıcı buna “Sevilya” üzərində qələbədən sonra imza atıb. İngiltərə klubu 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında dəqiq olub – 5:4.
Bu, Qvardiolanın 4-cü Superkubokudur. “Barselona” və “Bavariya”da da bu mükafatı qazanan mütəxəssis 2009-cu, 2011-ci və 2013-cü illərdə də komandası ilə uğur əldə edib.
Bununla da Qvardiola Karlo Ançelottiyə məxsus rekordu təkrarlayıb. İtaliyalı da Superkuboka 4 dəfə sahib çıxıb.