335 milyon avroluq komanda AVRO-2024-dən kənarda
24.11.2023 - 16:54
335 milyon avroluq komanda AVRO-2024-dən kənarda

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsini buraxacaq ən bahalı heyətə malik milli komandalar bəlli olub.

Apasport.az xəbər verir ki, "Transfermarkt" portalına görə bu reytinqə 335,4 milyon avro ilə Norveç yığması başçılıq edir.

İsveç (206,9 milyon avro) ikinci, İrlandiya (161,6 milyon avro) üçüncü pillədə qərarlaşıb. İlk 5-likdə Rusiya (157,3 milyon avro) və Şimali Makedoniya (54,5 milyon avro) yığmaları da var.

Qeyd edək ki, Rusiya UEFA-nın qərarına əsasən Ukrayna ilə müharibə səbəbindən AVRO-2024-ün seçmə mərhələsində iştirak etməyib.

writer photo
Əlirza Əlirzalı
0