“Sabah” – “Neftçi”: Kim şanslıdır?
20.08.2022 - 17:27
Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Murad Musayevin yetirmələrini matçın favoriti sayırlar.
Bu gün Bank Respublika Arenada baş tutacaq oyunda “Sabah”ın qələbəsi 2,18, “Neftçi”nin uğuru 3,00 əmsaldır. Qarşılaşmada heç-heçəyə 2,90 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:30-da başlayacaq.
0
0