"Nyukasl" "Everton"un futbolçusu üçün 45 milyon ödəyir
27.01.2023 - 21:21
"Nyukasl" "Everton"un futbolçusu üçün 45 milyon ödəyir

"Nyukasl Yunayted" yarımmüdafiəçi Antoni Qordon üçün "Everton"la razılığa gəlib.

Apasport.az xəbər verir ki, 21 yaşlı ingilis üçün transfer məbləği bonuslar nəzərə alınmadan 40 milyon funt-sterlinq (təxminən 45 milyon avro) olacaq.

Qordon özü uzunmüddətli müqavilənin şərtləri ilə razılaşaraq "Nyukasl"a keçidə yaşıl işıq yandırıb.

Qeyd edək ki, Antoni Qordon cari mövsüm "Everton"un heyətində 18 matçda 3 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0