Dünyanın ən yaxşı futbolçusu açıqlandı: “Nə Messi, nə də Maradona”
04.11.2023 - 16:02
Dünyanın ən yaxşı futbolçusu açıqlandı: “Nə Messi, nə də Maradona”

Roma Papası Fransisk futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb.

Apasport.az xəbər verir ki, Katoliklərin rəhbəri Lionel Messi və Dieqo Maradona arasında seçimə ehtiyac duymayıb.

O, argentinalıları deyil, “Futbol kralı”nı fərqləndirib: “Nə Messi, nə də Maradona. Tarixin ən yaxşısı Peledir”.

Qeyd edək ki, Pele Braziliya millisi ilə 1958, 1962 və 1970-ci illərdə dünya çempionatının qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0