Cerrard istefaya göndərilir?
30.08.2022 - 09:46
Cerrard istefaya göndərilir?

“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard istefaya göndərilə bilər.

Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssisin əvəzləyicisi də artıq məlumdur.

Birmingem klubunun yeni çalışdırıcısının “Brayton”un baş məşqçisi Qrem Potterin olması gözlənilir. Klub rəhbərliyi Premyer Liqanın ilk 4 turunun 3-də məğlub olan komandada dəyişikliyin vacibliyini düşünür. Bu üzdən 47 yaşlı Potterin namizədliyi nəzərdən keçirilir.

Qeyd edək ki, “Aston Villa” 3 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0