Neymar "Mançester Yunayted"də?
23.05.2023 - 14:46
Neymar "Mançester Yunayted"də?

"Mançester Yunayted" Neymarla danışıqlara başlayıb.

Apasport.az saytı xəbər verir ki, PSJ-nin 31 yaşlı futbolçusu ilə ilkin danışıqların müsbət yekunlaşdığı bildirilir.

İngiltərədən bir çox komandanın heyətdə görmək istədiyi Braziliya millisinin forvardı da məhz Mançester təmsilçisinin şərəfini qorumaq arzusundadır. Bu işdə əsas problem ingilislərin futbolçunun icarəyə götürmək istəməsi, Fransa klubunun  oyunçunu satmağı planlaşdırmasıdır.

Qeyd edək ki, hazırda zədəsini sağaltmaqla məşğul olan Neymar bu mövsüm 29 matçda 18 qol və 17 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0