"Real"ın futbolçusu ilin ən yaxşısı oldu
17.11.2023 - 22:40
"Real"ın futbolçusu ilin ən yaxşısı oldu

İngiltərə millisinin və "Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem 2023-cü ilin "Golden Boy" mükafatını qazanıb.


Apasport.az xəbər verir ki, bu mükafat Avropada ilin ən yaxşı gənc futbolçusuna (21 yaşadək futbolçular arasında) verilir.


Qeyd edək ki, Bellinqem bu ilin yayında "Borussiyadan (Dortmund) "Real"a keçib. 20 yaşlı oyunçu Madrid təmsilçisində çıxdığı ilk 14 matçda 13 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0