“Qalatasaray” 5 futbolçusu ilə bağlı qərarını verib.
Apasport.az saytı xəbər verir ki, “sarı-qırmızılar” Emin Bayramı Belçikanın “Vesterlo”, Frederik Midtsjonu yerli “Pendikspor” klubuna icarəyə verib.
Konqolu müdafiəçi Kristian Luyindamanın müqaviləsini ləğv etməyə çalışan İstanbul klubu, portuqaliyalı Sergio Oliveyra üçün Səudiyyə Ərəbistanından gələn təkliflərə müsbət yanaşdığını açıqlayıb. Bundan başqa, 37 yaşlı Drins Mertensin də yarımada komandalarının diqqət mərkəzində olduğu və futbolçunun oraya yollanacağı bildirilir.
Qeyd edək ki, Türkiyə Super Liqasında 3 matça çıxan “Qalatasaray” 2 qələbə və 1 heç-heçəyə nail olub. Komanda turnir cədvəlinin 3-cü pilləsində yer alır.