Emrelinin komanda yoldaşı: "Messini tutmaq üçün planımız yoxdur"
11.12.2022 - 21:40
Emrelinin komanda yoldaşı: "Messini tutmaq üçün planımız yoxdur"

“Bizim hələ Messini tutmaq üçün konkret planımız yoxdur".

Apasport.az xəbər verir ki, bunu Xorvatiya millisinin futbolçusu Bruno Petkoviç deyib.

Zaqreb "Dinamo"sunda millimizin hücumçusu Mahir Emrelinin komanda yoldaşı olan Bruno Petkoviç Argentinanın tək Lionel Messidən ibarət olmadığını bildirib: "Biz adətən bir oyunçunu deyil, bütün komandanı dayandırmağa diqqət yetiririk. Komanda olaraq onların qarşısını almağa çalışacağıq. Argentina təkcə Messidən ibarət deyil. Onların heyətində bir neçə əla futbolçu var. Bütün Argentina komandasını dayandırmalıyıq”.

Qeyd edək ki, dekabrın 13-də Xorvatiya Argentina ilə dünya çempionatının finalına ardıcıl 2-ci dəfə çıxmaq üçün mübarizə aparacaq.

writer photo
Əlirza Əlirzalı
0