"Arsenal"dan Ramsdeyl qərarı
28.11.2023 - 10:52
"Arsenal"dan Ramsdeyl qərarı

“Arsenal” yanvarda başqa kluba transfer olunmasını istəyən qapıçı Aaron Ramsdeylin təklifini qəbul etməyib.

Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu Premyer Liqanın digər klubuna keçmək istəyindədir.

O, bu məqsədlə London təmsilçisinin rəhbərliyinə getmək istəyini bildirib. Lakin paytaxt klubu onu buraxmamağa qərar verib.

Qeyd edək ki, 2021-ci ildən "Arsenal"ın formasını geyinən Ramsdeyl cari mövsümdə cəmi 4 oyunda forma geyinib. Onun müqaviləsi 2026-cı ildə bitəcək.

writer photo
Əlirza Əlirzalı
0