Krakov-2023: Nəsirovadan 25-ci yer
26.06.2023 - 12:54
Krakov-2023: Nəsirovadan 25-ci yer

Krakov-2023 III Avropa Oyunlarında atıcıların mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün qadınların tapançadan 25 m məsafədən atəş açma yarışında təsnifat mərhələsi başa çatıb. 

Azərbaycan təmsilçisi Nigar Nəsirova da hədəf önünə keçib. O, təsnifatda iki günün yekununda 568 xal toplaya bilib. Nəsirova 35 iştirakçı arasında 25-ci yeri tutub. Bununla final raunduna yüksələ bilməyən snayperimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, final mərhələsinə 8 atıcı yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0