"El-klassiko" öncəsi "Barselona"da növbəti itki
13.01.2024 - 16:32
"El-klassiko" öncəsi "Barselona"da növbəti itki

"Barselona"nın futbolçusu Joao Kanselo İspaniya Superkubokunun finalında "Real"la qarşılaşmada komandasına kömək etməyəcək.

Apasport.az "Sport.es"ə istinadla xəbər verir ki, portuqaliyalı dizindən aldığı zədə səbəbindən meydana çıxa bilməyəcək.

Xatırladaq ki, Kanselo İspaniya çempionatının 19-cu turunun "Las Palmas"la oyununda (2:1) zədələnib.

"El-klassiko" yanvarın 14-də Səudiyyə Ərəbistanında keçiriləcək.

Qeyd edək ki, bundan öncə komandanın hücumçusu Rafinya zədələnib.

writer photo
Əlirza Əlirzalı
0