De Xeaya Səudiyyə Ərəbistanından təklif
10.07.2023 - 21:09
De Xeaya Səudiyyə Ərəbistanından təklif

“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea Səudiyyə Ərəbistanından təklif alıb.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı ispaniyalı qapıçının xidmətində “Əl-Nəsr” maraqlıdır.

Ona həftəlik 250 min funt sterlinq maaş təklif olunub. Bu, de Xeanın İngiltərədəki qazancından azdır. O, Mançester təmsilçisində həftədə 375 min funt qazanıb.

Qeyd edək ki, David 2011-23-cü illərdə Premyer Liqa klubunda forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0