“Sumqayıt”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib
23.07.2024 - 17:17
“Sumqayıt”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib

“Sumqayıt”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstan təmsilçisi “Fehervar” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Sekeşfehervar klubu “Puşkaş Akademiya”nın üzvü Gerqo Omingeri icarə əsasında heyətinə qatıb.

Macarıstanın U-21 millisinin üzvü yarımmüdafiə xəttində çıxış edir.

“Sumqayıt” “Fehervar”la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0